SİYASƏT
Abbas Müsəvi: İran Azərbaycanın yeni parlamenti ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək
Tehran, 18 fevral, AZƏRTAC
İran parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.
Tehranda keçirdiyi həftəlik mətbuat konfransında çıxış edən A.Müsəvi diqqətə çatdırıb ki, Azərbaycanda parlament seçkilərinin şəffaflıq şəraitində keçməsi müsbət haldır.
Onun sözlərinə görə, İran Azərbaycanın yeni parlamenti ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran