Abdulkadir Emin Önen: Türkiyə və Azərbaycan bir-birinə unikal və xüsusi tellərlə bağlıdır
Bakı, 21 sentyabr, AZƏRTAC
Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır. Ölkələrimiz arasındakı əlaqələr digər dövlətlər üçün nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya Parlament Assambleyası (APA) Sədrinin təmsilçisi və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Milli Məclisdə keçirilən APA Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.
“Hər iki qardaş xalq bir-birini hər zaman dəstəkləyir. Qarabağın işğalı bizi dərindən üzdüyü kimi, həmin ərazilərin azad edilməsi bizi olduqca sevindirir”, - deyə Abdulkadir Emin Önen bildirib.
O qeyd edib ki, Türkiyə Asiyada olan tərəfdaşları ilə birgə işləməyə hazırdır. Eyni zamanda, bu qitədə yeni təşəbbüslər həyata keçirir. Türkiyə qlobal təşəbbüslər irəli sürərək beynəlxalq əməkdaşlıqları daha ədalətli şəkildə həyata keçirməkdə məqsədlidir. Türkiyə regionda ən çox miqrant qəbul edən ölkədir. Lakin bu məsələdə birgə əməkdaşlığa ehtiyac var. Bu yolla da uzunmüddətli sabitlik təmin edilmiş olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]