Abdulla Şaiqin ev-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 2 iyun, AZƏRTAC
Abdulla Şaiqin ev-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədibin nəvəsi, ev-muzeyinin direktoru Ülkər Talıblı maarifpərvər yazıçının həyat və yaradıcılığından danışıb. Məktəblilər muzeyin ekspozisiyası ilə tanış olublar.
Tədbirdə Abdulla Şaiqə həsr edilən film və “Tıq-tıq xanım” tamaşası göstərilib. Uşaqlar böyük həvəslə ədibin əsərlərindən nümunələr səsləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [16:40]
Uelsin göz bəbəyi Tenbidə bir neçə gün – REPORTAJ
- 02.09.2026 [12:53]
Səməd Vurğun və Xavər Vəkilova: bir baxışla başlayan sevgi hekayəsi
- 02.09.2026 [12:17]
“Səməd Vurğun xatirələrdə”: AZƏRTAC yeni silsilə materiallara başlayır
- 02.09.2026 [11:17]