ABİDƏ-KOMPLEKSİ AÇILACAQ
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2 hektara yaxın sahəsi olan meydanın yuxarı tərəfində ulu öndərin əzəmətli abidəsi ucaldılıb. Sahədə qranit və ağ lay daşlar işlədilib, 4 fəvvarə quraşdırılıb, 1000 kvadratmetr döşəmə plitələri düzülüb, gül kolları, bəzək ağacları əkilib, rəngarəng işıqlandırma vasitələri quraşdırılıb.Ümummilli lider Heydər Əliyev muzeyi də abidə-kompleksin tərkibindədir. Muzeyin müxtəlif bölmələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlar vardır.
Şəhərdə abidə-kompleksin açılış mərasiminə böyük həvəslə hazırlıq görülür.