ABŞ-a polad və alüminiumun idxal rüsumları iki dəfə artırılıb
Bakı, 4 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan polad və alüminium üçün rüsumların ikiqat artırılması haqqında sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ağ Ev tərəfindən yayılıb. Bildirilir ki, idxal rüsumları 25 faizdən 50 faizə qaldırılıb.
“Mən belə qənaətə gəldim ki, polad və alüminium üçün rüsumların artırılması lazımdır. Bu, idxalı milli təhlükəsizliyi təhdid etmədən tənzimləməyə imkan verəcək”, - deyə Tramp açıqlamasında vurğulayıb.
Yeni rüsumların Vaşinqton vaxtı ilə iyunun 4-dən qüvvəyə minəcəyi dəqiqləşib.
Amerika mediası yazır ki, tarif artımı Böyük Britaniya istisna olmaqla, bütün ölkələrə aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]