ABŞ-da COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları ötüb
Bakı, 2 fevral, AZƏRTAC
COVID-19-a qarşı peyvənd olunan amerikalıların sayı bu virusa yoluxanların miqdarını ötüb.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, son məlumatlara görə ABŞ-ın 26,5 milyon əhalisinə koronavirus əleyhinə vaksinin bir və ya iki dozası vurulub. Bununla yanaşı, pandemiyanın başlanğıcından bəri ölkə ərazisində 26,2 milyon yoluxma halı aşkarlanıb. Bu rəqəmlər müvafiq hesablamaları aparan Cons Hopkins Universitetinin məlumatlarına əsaslanır.
Agentlik qeyd edir ki, Birləşmiş Ştatlarda hər gün 1,35 milyon doza peyvənd vurulur. Bu da istənilən ölkədə olduğundan çoxdur.
Cons Hopkins Universitetinin məlumatına əsasən, indiyədək ABŞ-da koronavirus 443 mindən çox insanın həyatına son qoyub. Ölkə yoluxma və ölüm hallarının miqdarına görə dünyada birinci yerdə gedir.
Xatırladaq ki, Birləşmiş Ştatların baş infeksionisti Entoni Fauçinin fikrincə, ölkədə kollektiv immunitetə nail olmaq üçün əhalinin 70-90 faizə qədəri vaksinasiya edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]