ABŞ-da koronavirusa 52 mindən çox yeni yoluxma halı aşkarlanıb
Bakı, 3 iyul, AZƏRTAC
ABŞ-da son sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma halı aşkarlanıb.
AZƏRTAC COVID-19 pandemiyasının statistikasını aparan Cons Hopkins Universitetinə istinadla xəbər verir ki, son 24 saatda ölkədə 52 min 291 yoluxma qeydə alınıb. Universitetin məlumatına görə, koronavirus diaqnozu təsdiqlənmiş daha 635 xəstə həyatını itirib. Bir gün əvvəl bu göstəricilər müvafiq olaraq 50,6 min və 645 nəfər idi.
Ölkədə indiyədək ümumilikdə 2 milyon 740 minə yaxın yoluxma halı müəyyənləşdirilib. Ölənlərin sayı 128 mini, sağalan xəstələrin sayı isə 781 mini ötüb.
İki ay əvvəl Prezident Donald Tramp ümid etdiyini bildirmişdi ki, ölkədə koronavirusdan ölənlərin sayı 100 mini keçməyəcək. “Ümid edək ki, biz 100 mindən aşağı ölüm səviyyəsinə çıxacağıq, amma hər halda bu da dəhşətdir”, - o vaxt Prezident jurnalistlərə belə demişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]