ABŞ-da koronavirusa yoluxanların sayı 100 milyonu ötdü
Bakı, 21 dekabr, AZƏRTAC
ABŞ-da pandemiyanın əvvəlindən bəri COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyonu ötüb.
AZƏRTAC Cons Hopkins Universitetinin məlumatına istinadla xəbər verir ki, dekabrın 21-i səhər saatlarına olan vəziyyətə görə, Birləşmiş Ştatlarda 100 milyon 3 min 294 nəfər koronavirusa yoluxub, 1 milyon 88 min 236 nəfər isə virusun qurbanı olub.
Pandemiya dövrü ərzində bütün dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 654 milyon 48 min 157 nəfərə, ölənlərin sayı isə 6 milyon 669 min 703 nəfərə çatıb.
Dünyada baş verən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, dünya əhalisinin hər milyon nəfərinə düşən ölüm sayı orta hesabla 856,4 nəfər təşkil edir. ABŞ-da isə bu göstərici 3 min 327 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]