ABŞ-də kimya zavodunda baş verən qaz sızması iki nəfərin ölümünə səbəb olub
Bakı, 23 aprel, AZƏRTAC
ABŞ-nin Qərbi Virciniya ştatında kimya zavodunda baş verən qaz sızması iki nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, "Catalyst Refiners" zavodunda qismən bağlanmaya hazırlıq işləri zamanı qəza baş verib. Zavodun ərazisində saxlanılan qablarda azot turşusu ilə kimyəvi reaksiya baş verib və nəticədə zəhərli hidrogen sulfid qazı əmələ gəlib. 30-dan çox insan zəhərlənib, onlardan ikisi ölüb. Öskürək, nəfəs darlığı, boğaz ağrısı və göz qıcıqlanmasından şikayətlənən zərərçəkənlər təcili yardım şöbəsinə aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]