ABŞ HƏRBİ BAZALARINI RUSİYA SƏRHƏDLƏRİNƏ YAXINLAŞDIRIR
Pentaqonun başçısı bunu jurnalistlərə Sankt-Peterburqdan Vaşinqtona qayıdarkən təyyarədə söyləmişdir. O demişdir ki, ABŞ-ın Almaniyadakı hərbi qulluqçularının xeyli hissəsi ixtisar ediləcək, müəyyən hissəsi vətənə qayıdacaq, qalanları isə xaricdəki digər bazalara göndəriləcəkdir. Hazırda keçmiş SSRİ ölkələrində və keçmiş Varşava müqaviləsi ölkələrində - Şərqi Avropada bazalar yaradılması haqqında danışıqlar aparılır.
D.Ramsfeld qeyd etmişdir ki, yeni qarnizonların əksəriyyətində hərbi qulluqçuların sayı çox olmayacaqdır. Lakin, lazım gələrsə, onlar dərhal artırılacaqdır. O demişdir: “Biz istəyirik ki, hərbi qüvvələrimiz lazım olan yerlərdə, müvafiq hüquqi razılaşmalarımız olan yerlərdə qərar tutsunlar. Biz öz qoşunlarımızdan istifadə etməkdə daha böyük imkana malik olmaq istəyirik”. Onun fikrincə, ABŞ qoşunlarının qarşıdakı yerdəyişmələri Vaşinqtonla Moskva arasında münasibətlərə xələl gətirə bilməz, çünki bu münasibətlər yaxşıdır və inkişaf edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]