ABŞ ilin sonunadək ölkəni könüllü tərk edəcək miqrantlara 3 min dollar təklif edir
Bakı, 23 dekabr, AZƏRTAC
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ilin sonunadək ölkəni könüllü tərk edəcək qanunsuz miqrantlara ödəniləcək vəsaiti min dollardan 3 min dollara qədər artırıb.
AZƏRTAC xəbər verir ki, CBS News telekanalının məlumatına görə, ölkəni tərk etdiyi üçün kompensasiya almaq istəyənlər “CBP Home” tətbiqində qeydiyyatdan keçməlidir. Onlar, həmçinin 2025-ci il dekabrın 31-dək Birləşmiş Ştatları tərk etsələr, pulsuz təyyarə bileti də ala biləcəklər.
Nazirliyin açıqlamasına görə, miqrantlara əlavə ödənişlər deportasiyaları sürətləndirmək və xərcləri azaltmaq məqsədi daşıyır. ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin hesablamalarına əsasən, qanunsuz miqrantın tutulması, saxlanılması və deportasiya edilməsi ölkəyə orta hesabla təxminən 17 min dollara başa gəlir.
ABŞ-ın hakimiyyət orqanları 2025-ci ildə 1,9 milyon miqrantın könüllü olaraq ölkəni tərk etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:32]
Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar
- 04.06.2026 [12:18]
ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib
- 04.06.2026 [12:08]
Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək
- 04.06.2026 [12:04]
Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb
- 04.06.2026 [12:01]
Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]