ABŞ İrana zərbələr üçün Britaniya bazalarında strateji bombardmançı təyyarələr yerləşdirəcək
Bakı, 5 mart, AZƏRTAC
ABŞ bu həftə İrana qarşı zərbələr endirmək məqsədilə Britaniya hava bazalarına “B-2A Spirit” strateji gizli bombardmançı təyyarələrini yerləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” məlumatlı mənbələrə istinadla bildirib.
Rəsmilərin sözlərinə görə, təyyarələr yaxın günlərdə Fairford bazasına və Hind okeanındakı Dieqo Qarsiya adası eniş edəcək.
Pentaqon bildirib ki, əməliyyat başlayandan bəri İranın möhkəmləndirilmiş ballistik raket mərkəzlərinə zərbələr endirmək üçün strateji bombardmançı təyyarələrdən dörd dəfə istifadə olunub. Təyyarələr kontinental ABŞ-dan İrana və geri 37 saat fasiləsiz uçuşlar həyata keçirib. Britaniya bazalarından istifadə onlara İrana daha yaxın məsafədən hərəkət etməkdə xeyli vaxt qazandıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]