ABŞ Konqresində 20 Yanvar faciəsi ilə bağlı növbəti bəyanat verilib
Vaşinqton, 28 yanvar, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatasında Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı növbəti bəyanat verilib.
AZƏRTAC xəbər verir ki, Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, 29 il bundan əvvəl formalaşmaqda olan müstəqillik hərəkatının zorla yatırılması məqsədilə sovet ordusu Azərbaycana yeridilib. 26 minlik bu ordunun Azərbaycanın paytaxtı Bakı şəhərində dinc nümayiş iştirakçılarına hücumu nəticəsində 140-dan çox mülki şəxsi qətlə yetirib, 700-dən çox insan yaralanıb.
Qeyd olunur ki, sovet ittifaqı qəfil zərbə endirməklə və zor tətbiq etməklə yalnız azərbaycanlılara qarşı deyil, sovet əsarətində qalmış digər millətlərə də xəbərdarlıq etdiyini ümid edirdi. Lakin bu hücum azadlıqsevər Azərbaycan xalqının əzmini qıra bilmədi, əhalinin səylərini daha da möhkəmləndirdi. Əhalinin azadlıq və demokratiya tələbi müstəqilliyin elan edilməsi ilə nəticələndi.
Bəyanatda Azərbaycanın ABŞ-ın regiondakı əhəmiyyətli müttəfiqinə çevrildiyi bildirilir. Balkanlarda, İraqda və Əfqanıstanda Azərbaycan və ABŞ hərbçilərinin birgə xidmət etdikləri xatırlanır, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanır.
Bəyanatın ABŞ Konqresinin rəsmi gündəliyində dərc olunmuş ingilis dilində mətni ilə https://www.congress.gov/116/crec/2019/01/25/CREC-2019-01-25-pt1-PgE93-6.pdf internet səhifəsində tanış olmaq mümkündür.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [12:57]
Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:51]
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]