ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
Vaşinqton, 3 mart, AZƏRTAC
ABŞ Konqresinin Şimali Karolina ştatından olan üzvü xanım Virciniya Foks Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfərin qətlə yetirildiyini bildirib. Konqres üzvü Xocalı faciəsi qurbanlarının xatirəsinin anılmasının vacib olduğunu deyib.
Virciniya Foks Azərbaycanın ABŞ-ın dəyərli və etibarlı müttəfiqi olduğunu bəyan edib. O, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-a əhəmiyyətli dəstək verdiyini vurğulayıb. Eyni zamanda, Konqres üzvü bəyanatında Azərbaycanın qısa müddətdə ciddi iqtisadi uğurlar qazandığını qeyd edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbir
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]