ABŞ KUBAYA QARŞI İQTİSADİ BLOKADANIN LƏĞVİNİN ƏLEYHİNƏ ÇIXMIŞDIR
ABŞ ilə Kuba arasında ticarət münasibətlərinin tam blokadası hələ 1962-ci ildə Prezident Con Kennedi tərəfindən rəsmən elan edilmişdi. Qadağaların tətbiqi ilə bağlı konkret addımlar isə 1959-cu il yanvarın 1-də, Kuba inqilabının qələbəsindən bir neçə həftə sonra atılmışdı. Kubanın xarici işlər naziri Felipe Peres Roke Baş Məclisin tribunasından bildirmişdir ki, ötən təxminən 47 il ərzində blokada Kuba xalqına 82 milyard dollardan artıq ziyan vurmuşdur.
O, Vaşinqtonun ABŞ vətəndaşlarının üçüncü ölkələrdə Kuba mallarını almasına qoyduğu qadağanı Ginnessin Rekordlar kitabına layiq hadisə adlandırmışdır. Bu qadağanı pozanları 250 min dollara qədər cərimə və 10 ilədək müddətə həbs cəzası gözləyə bilər. Nazir demişdir: “Tarix boyu ilk dəfə olaraq amerikalı, hətta başqa ölkədə səfərdə ikən, Kuba siqarı çəkməkdən və ya bir şüşə ləzzətli Kuba romu almaqdan məhrum edilmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]