ABŞ nadir çiçəyin bitdiyi ərazidə litium hasilatına icazə verib
Bakı, 1 noyabr, AZƏRTAC
ABŞ hökuməti Nevada ştatında dünyada nadir çiçəyin bitdiyi ərazidə litium hasilatına icazə verib.
AZƏRTAC “boursorama.com” saytına istinadla xəbər verir ki, məsələ ekoloqların və təbiəti mühafizə edənlərin ciddi narazılığına səbəb olub. Çünki lisenziya verilən ərazidə endemik “Tiehm's buckwheat” (elmi adı Eriogonum tiehmii) çiçəyi bitir. Evdikotlar fəsiləsinə aid bu bitki dünyada yalnız Nevada ştatında cəmi bir neçə kvadrat kilometrdə yayılıb və ümumi sayı 20 min ədəddən azdır. Bitki ABŞ-da nəsli kəsilməkdə olan növlər siyahısında yer alır.
Lisenziya əldə edən şirkət bildirib ki, bitkinin mühafizəsi üçün zəruri tədbirlər görüləcək. Lakin, ekoloqların fikrincə, hasilat üçün bitkinin yaşayış arealının 22 faizini məhv ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]