ABŞ qüvvələri Hörmüz boğazında daha bir gəmini sıradan çıxarıb
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İrana qarşı tətbiq edilən blokadanı pozmağa cəhd edən gəmiyə qarşı hərbi əməliyyat keçirildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, Panama bayrağı altında üzən və Oman körfəzindən keçərək İrana doğru hərəkət edən "M/V Vela Nova" yük gəmisi ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymayıb. Gəminin mülki heyətinin xəbərdarlıqlara tabe olmamasından sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri tərəfindən gəminin mühərrik otağı istiqamətinə iki "Hellfire" raketi atılıb və nəticədə gəminin sükan mexanizmi sıradan çıxarılıb.
Açıqlamada gəminin artıq İrana doğru üzmədiyi və bölgədə blokadanın tam qüvvədə qaldığı vurğulanıb.
Mərkəzi Komandanlığın avqustun 11-nə olan statistikasında isə qeyd olunub ki, indiyədək blokadanı pozmağa cəhd edən 55 kommersiya gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi ələ keçirilib, 3 gəmi isə sıradan çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [18:02]
Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 12.09.2026 [16:09]
Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
- 12.09.2026 [14:51]
Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
- 12.09.2026 [14:26]
İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
- 12.09.2026 [14:04]
Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
- 12.09.2026 [14:02]
Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
- 12.09.2026 [13:37]
Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
- 11.09.2026 [20:33]