ABŞ-Rusiya sammitinə akkreditasiya barədə 1200-dən çox jurnalist müraciət edib
Bakı, 14 iyun, AZƏRTAC
Cenevrədə keçiriləcək ABŞ-Rusiya sammitinə akkreditasiya barədə İsveçrə Xarici İşlər Nazirliyinə 44 ölkədən 1200-dən çox jurnalist müraciət edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu nazirliyin kommunikasiya və ictimai diplomatiya bölməsinin rəhbəri Nikola Bido bildirib.
“İndiyədək akkreditasiya barədə 1240 jurnalist müraciət edib. Müraciətlər 44 ölkədən gəlib. Sammit həqiqətən qlobal maraq doğurub. Cenevrədə heç vaxt bu qədər çox jurnalist olmayıb”, - deyə Bido məlumat verib.
Kremldən və Ağ evdən bir müddət əvvəl verilən açıqlamaya görə, Cozef Bayden və Vladimir Putin arasında görüş iyunun 16-da Cenevrədə baş tutacaq. ABŞ və Rusiya liderləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, strateji sabitlik problemlərini, habelə pandemiya ilə mübarizədə qarşılıqlı fəaliyyət və regional münaqişələrin nizamlanmasından tutmuş beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]