ABŞ Rusiyaya qarşı geniş sanksiyalar paketini açıqlayıb
Bakı, 21 fevral, AZƏRTAC
ABŞ rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündən sonra Moskvaya qarşı əlavə sanksiyalar paketini elan edib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi deyib. O, yeni məhdudiyyətlərlə bağlı heç bir təfərrüatı açıqlamasa da, hərtərəfli sanksiya paketinin fevralın 23-də elan ediləcəyini bildirib.
Con Kirbinin sözlərinə görə, sanksiyalar Vaşinqtonun həm Aleksey Navalnının ölümünə, həm də Rusiyanın Ukraynaya qarşı iki ildir davam edən təcavüzünə qarşı reaksiyası olacaq.
Birləşmiş Ştatlar bundan öncə də Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Kreml isə müxalifətçinin ölümü ilə bağlı Avropa İttifaqının beynəlxalq təhqiqat tələbini rədd edərək bunu daxili işlərə müdaxilə kimi qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]