ABŞ Senatı USAID və mediaya ayrılan vəsaitin 9 milyard dollar azaldılması qanununu təsdiqləyib
Bakı, 18 iyul, AZƏRTAC
ABŞ Senatı iyulun 17-də keçirilən iclasında USAID və mediaya ayrılan maliyyə vəsaitinin 9 milyard dollar məbləğində azaldılması qanununu təsdiqləyib.
Senatdakı respublikaçılar Prezident Donald Trampın təklif etdiyi 9 milyard dolları qaytarmaq üzrə tədbirlər paketini qəbul etmək üçün demokratların və daxili müxalifətin müqavimətini dəf ediblər. AZƏRTAC bu barədə “FOX News” telekanalına istinadla xəbər verir.
Qanun layihəsi Senatda 48-ə qarşı 51 səslə qəbul edilib və cümə gününə qədər onu imzalamalı olan Ağ evə göndərilib.
Bu qanun layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaitini təxminən 8 milyard dollar və daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş NPR və PBS bölmələrini maliyyələşdirən İctimai Yayım Korporasiyasının isə 1 milyard dollara yaxın azaldacaq.
Respublikaçılar qanun layihəsini federal hökumətdə israfçılığa, saxtakarlığa və sui-istifadəyə qarşı mübarizələrinin davamı kimi qiymətləndirir. Hətta ABŞ Hərbi Hava Qüvvələri Hökumətin Effektivliyi Departamenti (DOGE) ilə birgə 10,4 milyard dollardan çox vəsaitə qənaət etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]