ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək
Bakı, 21 dekabr, AZƏRTAC
ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 2 milyard dollar həcmində hərbi yardım göndərəcək.
AZƏRTAC Ağ evin saytına istinadla xəbər verir ki, zenit-raket kompleksləri Kiyevə təhvil verildikdən sonra ukraynalı hərbçilər onu idarə etmək üçün təlimlərə cəlb olunacaq.
“Prezident Cozef Bayden Ukrayna üçün təxminən 2 milyard dollar həcmində yeni böyük təhlükəsizlik yardımı paketini elan edəcək. Bu özündə əhəmiyyətli aspekti ehtiva edir: “Patriot” raketləri batareyası ukraynalıları Rusiyanın hücumlarından qorumaq üçün vacib əhəmiyyət daşıyır”, - deyə məlumatda bildirilir.
ABŞ “Patriot” raketləri batareyasını idarə etmək üçün ukraynalı hərbçilərə keçiriləcək təlimlərdə də iştirak edəcək.
Cozef Baydenin yeni yardım paketini dekabrın 21-də elan edəcəyi gözlənilir. Həmin paketə, həmçinin yüksək dəqiqliyə malik “Joint Direct Attack” bombaları, minlərlə artilleriya və minomyot mərmiləri, yük avtomobilləri və hava-yer sinfindən olan HARM raketləri daxildir.
“Patriot” zenit raket komplekslərinin Ukraynaya veriləcəyi dəqiq tarix bəlli deyil. Associated Press agentliyinin məlumatına görə, Almaniyanın “Grafenwohr” poliqonunda keçiriləcək təlimlərin bir neçə həftə davam edəcəyi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 13 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]