CƏMİYYƏT
Abşeron rayonunda mənzildə partlayış baş verib, bir nəfər xəsarət alıb
![](/files/galleryphoto/2023/3/1200x630/17022718274340018517_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702271827923424495_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022718276453310376_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022718272789943879_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022718273115643502_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.