“ABU-1” VƏ “DİN HK” HƏNDBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONU OLMUŞLAR
Altı komandanın iştirakı ilə qadınlar arasında keçirilən son turun oyunları belə nəticələnmişdir: “U-18” – “ABU-2”- 41:19, “Qaradağ-sement” – “ABU-1” 20:33.
Beləliklə, daha çox xal toplamış “ABU-1”, növbəti dəfə Azərbaycan çempionu olmuşdur. “Qaradağ-sement” ikinci, “U-18” isə üçüncü yeri tutmuşlar.
Yeddi komandanın qatıldığı kişilərin mübarizəsində isə çempionatın son turunda aşağıdakı nəticələr qeydə alınmışdır: “DİN HK” – “Varidat” – 36:23, “Nəsimi” – “Təhsil” 32:31.
Bu turdan sonra daha çox xal toplayan “DİN HK” ölkə çempionatının qızıl medallarına layiq görülmüşdür. “Təhsil” çempionatın gümüş, “Varidat” isə bürünc medallara sahib olmuşlar.
Azərbaycan Həndbol Federasiyası turnirdə fərqlənmiş idmançılara xüsusi hədiyyələr də təqdim etmişdir.
Qadınlar arasında fərqlənmiş Anya Çuquyenko (ABU) ən yaxşı qapıçı, Lyubov Kovalyova (“Qaradağ-sement”) ən perspektivli həndbolçu, Marina Tankatskaya (ABU) isə turnirin ən yaxşı oyunçusu seçilərək, xüsusi mükafatlara layiq görülmüşlər. Kişilər arasında isə eyni nominasiyalar üzrə Elnur Cahangirov (Təhsil), Niyazi Əzizov (Təhsil), Oleq Geyorgiyevski (DİN HK) mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]