ACF-nin vitse-prezidenti: Cüdoçularımız Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar
Bakı, 23 iyul, AZƏRTAC
“Cüdoçularımız Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra üzvləri üçün təşkil olunan yolasalma mərasimi zamanı deyib.
O, yarışda iştirak edəcək Azərbaycan cüdo komandasına inandığını bildirib: “Həm biz, həm də Gənclər və İdman Nazirliyi tərəfindən idmançılara hər bir şərait yaradılıb. İnanıram ki, onlar da bunun qarşılığında ölkəmizi Parisdə layiqincə təmsil edəcəklər. Mən ora yollanan bütün cüdoçularımıza inanıram”.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]