“Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
Bakı, 29 iyul, AZƏRTAC
“Çinar Film” şirkəti tərəfindən istehsal olunan qısametrajlı (14 dəqiqə) “Açıq məktub” eksperimental filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifləri İsmayıl İman və Türkan Hüseyn, quruluşçu rejissoru və operatoru, həmçinin prodüseri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Türkan Hüseyndir. Baş rolda Orxan İsgəndərli çəkilib. Səs dizayneri isə Hafiz İbrahimlidir.
“Açıq məktub” filmi iki sevgilinin gündəlik həyat fonunda bir-birinə göndərdiyi səs yazıları üzərində qurulub. Rejissorun əvvəllər çəkdiyi Bakı görüntüləri arxiv materialı kimi filmə daxil edilib. Film hazırda montaj mərhələsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]