Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universiteti Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Ali Təhsil İdarəçiləri Forumu”nda təmsil olunub

Bakı, 30 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ali Təhsil İdarəçiləri Forumu (Higher Education Leadership Forum) keçirilib. Forumun mövzusu “COVID-19-dan sonra ali təhsilin yeni istiqamətləri: tələblərə və tələbata cavab verən ali təhsil ekosistemi” idi (Re-inventing Higher Education Post-COVID-19 - Towards a Responsive Higher Education Eco-System). Forum 50 ölkədən 400 nəfərdən çox dinləyici, 40 nəfərə yaxın təqdimatçının iştirakı ilə çıxış, debat və dəyirmi masa müzakirələri əsasında təşkil edilib. Forumda ADA Universiteti də təmsil olunub.

Universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal Forumun yekunlarına dair fikirlərini AZƏRTAC ilə bölüşüb.

Prorektor bildirib ki, Forumda təmsil olunmağımızın iki səbəbi var idi: birinci səbəb ADA Universitetinin ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət edənlər arasından seçilən üç namizəd universitetdən biri olması idi. Digər iki universitet Pakistanın Ağa Xan Universiteti və İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan Barselona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri ilə bölüşmək idi.

Forumda ali təhsil sahəsi ilə bağlı ən aktual suallar səsləndirildi, verilən cavablar isə olduqca maraqlı, mühüm və konkret idi. Əminəm ki, bütün bu suallar və cavablar bizim ali təhsil ocaqları, həmçinin tələbələrimiz və onların valideynləri üçün çox maraqlı olacaqdır.

Forumda aparılan müzakirələr və əldə edilən nəticələr onu göstərdi ki, pandemiya ilə əlaqədar ali təhsildə baş verəcək dəyişikliklərlə bağlı miflər özünü doğrultmadı. Miflər ondan ibarət idi ki, pandemiya şəraiti ali təhsil sistemini radikal şəkildə dəyişdirəcək, kampuslar əhəmiyyətini itirəcək və ali təhsilin relevantlığı azalacaqdır.

Əvvəla, ondan başlayaq ki, pandemiya təhsil sahəsində inqilaba deyil, təkamülə səbəb oldu. Baş verən dəyişiklikləri, xüsusilə də texnoloji tərəqqi və əmək bazarında olan prioritetləri nəzərə alsaq, görərik ki, ali təhsil öz məqsədində yeni baxış yaradaraq özünü tamamilə yeniləmir, daha çox təkmilləşmə prosesindən keçir. Bu, hər zaman belə olub. Cəmiyyət, iqtisadiyyat inkişaf edib dəyişdikcə, ekosistemin bir hissəsi olan təhsil də ekosistemlə bir vahidlik təşkil etmək üçün daima dəyişib təkmilləşir. Hətta təqdimatçılardan biri təhsil səviyyələri arasında bir bütövlük və bağlılığın yaradılması məqsədilə ekosistemə orta məktəblərin də daxil olmasının nə qədər vacib olduğunu vurğuladı.

Forumun ən maraqlı hissələrindən biri pandemiyadan sonra ali təhsilin relevantlığına dair debat oldu. Debatın moderator və çıxışçıları Amerika Birləşmiş Ştatları, Avropa, Cənubi Afrika, Şimali Kipr və Qətər kimi ölkələrin ali təhsil və ali təhsil assosiasiyalarında fəaliyyət göstərən, təhsil siyasətini formalaşdırıb inkişaf etdirən qərarverici şəxslər idi.

Bu debat zamanı əldə olunan nəticələr onu göstərdi ki, pandemiya şəraitində ali təhsil sahəsinin relevantlığı və mahiyyəti daha da qabarıq şəkildə ortaya çıxdı. Bu dövrdə ərsəyə gələn startaplar, COVID-19, eləcə də təhsil sahəsi ilə bağlı aparılan tədqiqatlar, bunların fonunda irəli sürülən təkliflər və yeniliklər ali təhsilin vaciblik və müvafiqliyinin daimi olacağının göstəricisidir.

Debatla paralel olaraq Forum iştirakçıları arasında mövzu ilə bağlı interaktiv sorğu da aparılırdı. Birinci sual universitetlərin başlıca məqsədlərinin nədən ibarət olması idi. Universitetlərin ən vacib vəzifəsinin yeni sosial institutlar olaraq fəaliyyət göstərməsi və burada dəyərlərin formalaşdırılması ən çox səs toplayan cavab oldu. İkinci ən çox səs toplayan cavab isə yeni sosial era üçün insanları bir araya gətirmək və təlimləndirmək idi. Əgər bunlar universitetlərin əsas məqsədləridirsə, onda əminliklə deyə bilərik ki, ali təhsil müəssisələrinin mövcudluğu hər zaman öz aktuallığını qoruyub saxlayacaqdır. Buna görə də ali təhsil müəssisələri yeniliklərə açıq olmalı, təkmilləşməli, eyni zamanda, gənclərə müasir dövrün tələblərinə uyğun özlərini inkişaf etdirmək və potensial bacarıqlarını reallışdırmaq imkanları yaratmalıdır.

Bu baxımdan kampuslar hər zaman öyrənmə və formalaşma prosesinin mühüm bir komponenti kimi mövcud olmaqdadır. Lakin kampusların mövcud olma məqsədi dəyişməkdədir. Onlar bilik mərkəzlərindən (knowledge-hub) sosial mərkəzlərə (social hub) çevrilməkdədir. Belə ki, kampuslar sinif otağından daha çox sosiallaşma, əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik ADA kampus modelini göstərə bilərik. Hətta bu konsepsiya ADA Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında da öz əksini tapıb. Ümumiyyətlə, ADA Universiteti dizaynla bağlı istər hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının qurulmasına önəm verir.

Təhsilin bilik komponenti artıq virtual kampuslara keçərək onu hibridləşdirir və beləliklə, təlim prosesinin səmərəliliyini artırıb zənginləşdirir. Üstünlük “flipped” dərslərə və daha çox praktikaya əsaslanan, komanda şəklində aparılan kampus təcrübələrinə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, kampusda olan mühazirə dərslərinin onlayn şəkildə keçirilməsi heç də yenilik hesab olunmur. Bu, sadəcə olaraq bir platformadan digər platformaya keçiddir. Lakin texnologiya və pedaqogikanı gücləndirmək, öyrənənlərin marağını artırmaq, öyrənmə imkanlarını genişləndirmək - bu, yenilikdir. Bununla bağlı auditoriya belə bir sual ünvanladı: “Universitetlərin relevantlığının artırılması üçün yeniliyə daha çox harada ehtiyac var: öyrənmə və öyrətmə, innovasiya, tədqiqat və ya sosial fəaliyyətlər sahəsində?” Demək olar ki, səslərin çoxu ilk iki təklif arasında bərabər şəkildə bölüşdü.

Auditoriyanın təəccübünə səbəb olan məqamlardan biri tədqiqat komponentinin az səs toplamağı idi, çünki innovasiya və tədqiqat artıq bir anlayış kimi qəbul edilir. İnnovasiya, demək olar, tədqiqatın nəticəsidir, belə ki, ən çox yenilik öyrənmə və öyrətmə prosesində ortaya çıxır. Öyrənmə və öyrətmə mühiti innovasiya ilə nəticələnən, startaplara gətirib çıxaran zəncirvarı ardıcıllıqla yaradılmalıdır.

Doğrudan da, sürətlə dəyişən dünyada öyrənmə və öyrətməyə yanaşmada ciddi dəyişikliklər baş verməlidir. Forumda tələbyönümlü təhsil məsələsinə dəfələrlə toxunuldu. Tələbyönümlü təhsildə tələbənin maraq, ehtiyac və məsuliyyətini artıran yanaşma özünü göstərir, yəni tələbə təhsil prosesinin cavabdehlik daşıyan iştirakçısına çevrilir. Dözümlülük (resilience) və çeviklik (agility) ən çox qeyd edilən və zamanın tələb edilən bacarıqları oldu. Forum boyunca bu iki bacarığı təhsilalanlara aşılamağın əhəmiyyəti ətrafında müzakirələr aparıldı. Bununla bağlı maraqlı suallardan biri o oldu ki, universitet məzunları əmək bazarına daxil olanda onlarda ən çox çatışmayan bacarıqlar hansılardır? Ən çox səsləndirilən cavablar bunlar idi: insani bacarıqlar (human skills) - tənqidi təfəkkür, problemi həlletmə, yaradıcı yanaşma və kommunikasiya, həmçinin biznes bacarıqları - datanın kommunikasiyası, layihə idarəetməsi, dizayn və innovasiya. Bu baxımdan dünya təcrübəsi, həmçinin ADA Universitetinin təhsil modelində olan bakalavr proqramlarının ümumi təhsil (general education) hissəsi öz əhəmiyyətini qoruyur və yuxarıda qeyd olunan bacarıqlar istiqamətində özünü daha da gücləndirməkdədir.

Belə ki, ali təhsil sahəsi hər zaman olduğu kimi və hətta deyə bilərik, daha da çox öz aktuallığını və mahiyyətini qoruyub saxlayır. Hibrid ali təhsil modeli texnologiya vasitəsilə təhsilin səmərililiyini və əlçatanlığını artırır, təhsilin beynəlmiləlləşməsi imkanlarını genişlədir və təhsilalanın tədris prosesində məsuliyyətini və cavabdehliyini yüksəldir. Bu modeldə kampus zəngin, əhatəli, sahibkarlıq bacarıqlarını formalaşdıran və inkişaf etdirən laboratoriya və sosiallaşma məkanıdır. Öyrənmə və öyrətmə yanaşmaları bu modelə müvafiq olaraq tənqidi təfəkkürün, yaradıcılıq, problemi həlletmə və sahibkarlıq kimi bacarıqların inkişafına yönəlməlidir.

Forumun ən son hissəsi isə dəyirmi masa müzakirələri idi. Bizim iştirak etdiyimiz müzakirənin mövzusu təhsil mərkəzləri və onların müasir tələblərə uyğun olub-olmamasına həsr olunmuşdu. Burada bir çox Orta Şərq ölkələrində illərdir fəaliyyət göstərən beynəlxalq universitetlərin filiallarının professor və idarəetmə heyəti bu məsələnin çətinliklərini müzakirə edirdi. Onlar əməkdaşlıq və tərəfdaşlıq modeli üzərində qurulan universitet modelinin daha dayanıqlı olduğunu xüsusilə vurğulayırdılar. Məhz bu səbəbdən illər əvvəl ADA Universitetinin qurulma dövründə belə müzakirələr əsnasında rektor Hafiz Paşayev uzaqgörənliyi ilə ADA-nın milli və qlobal universitet vizyonu ilə qurulmasını məqsədəuyğun hesab etmişdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar

Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil

Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib

Şair-publisist Hidayət Səfərli: Şuşanın daşına boya çəkilməz

Tarixi irsin qorunması yalnız dövlətin deyil, hər bir insanın məsuliyyətidir ŞƏRH

Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

Xuraman Qənbərova: Şəhidlərimizin izini şəxsi yazılarla korlamaq yolverilməzdir

Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Şəhid atası: Şuşanın qayalarına yazılan adlar o torpağın mənəvi dəyərinə kölgə salır

Əziz Şiriyev: Şəhidlərimizin xatirəsini qayalara adlar yazmaqla deyil, Qarabağı qorumaqla yaşatmalıyıq

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Ağdamlı məktəblinin uğurları Türkiyə mediasının diqqətini çəkib

Bu saata olan əsas xəbərlər

Vüqar Əhmədov: Mədəni irs ümumbəşəri anlayışdır və onun qorunması tarixin qorunmasına töhfədir

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib VİDEO

Şəhid atası: Oğlum əsir düşməmək üçün canından keçdi, indi o qayalara ad yazmaq necə mümkün ola bilər?

Vətən müharibəsi qazisi: Şuşanın hər daşı tariximizin bir parçasıdır

Turizm eksperti: Tarixi və mədəni abidələrə zərər vurulması yolverilməzdir

Mürvət Əsgərov: Şəhidlərimiz adlarını daşlara deyil, qanları ilə tarixə yazdılar

İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir

Şuşa döyüşlərinin iştirakçısı: Biz o qayalara tariximizi qanımızla yazmışıq

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Turizm eksperti: Şuşanın qayalarında bizim adlarımız deyil, bu şəhərin öz tarixi qalmalıdır

Mədəni-tarixi abidələrimizə zərər vurmağa heç kimin haqqı yoxdur - AÇIQLAMA

Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır - ŞƏRH

Şəhid anası: Qəhrəmanlarımızın xatirəsini daşlara adlar yazılması ilə yaşatmamalıyıq

Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

Razi İbrahimov: Tarix qayalardakı güllə izlərini artıq qəbul edib, həmin izlərə toxunmaq olmaz

Qazi Asim Əliyev: Şuşanın qayalarına yazı yazmaq yox, onun tarixini qorumaq lazımdır

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Ehtiyatda olan zabit: Şuşanı sevmək onun qayalarına ad yazmaq deyil, hər daşını qorumaqdır

Oğuz ziyalısı: Şəhidlərimiz öz adlarını tariximizə və ürəklərimizə əbədi yazıblar

“Bu, sənət deyil, təbiətə müdaxilədir” - rəssam Cıdır düzündəki yazılardan danışdı

Dosent: Tarixi və mədəni abidələrə hörmət milli mənəviyyatımızın göstəricisidir

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub VİDEO

“Cıdır düzündə qayalara ad yazılmasını düzgün qiymətləndirmirəm” - müharibə veteranı

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək

Almatıda onkoloji xəstələr üçün robotlaşdırılmış aptek kompleksi istifadəyə verilib

Şəhid qardaşı: Şuşada hər daşın öz hekayəsi var

Etibar Hüseynova: Şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır

Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir

ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir

Bu saata olan əsas xəbərlər

Şuşanın qayalarına yazılan şəhid adları ilə bağlı çağırış: “Bu, hörmət əlaməti sayıla bilməz”

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub