Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADAM ERELİ: AZƏRBAYCANDA SEÇKİ PROSESİNDƏKİ İRƏLİLƏYİŞLƏR GÖZ QABAĞINDADIR

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Adam Ereli 2005-ci il noyabrın 7-də keçirdiyi brifinqdə Azərbaycandakı parlament seçkilərinə rəsmi Vaşinqtonun münasibətini açıqlamış və ABŞ-Azərbaycan əməkdaşlığının perspektivləri haqqında suallara cavab vermişdir. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, AZƏRTAC brifinqin stenoqramını olduğu kimi təqdim edir.

ADAM ERELİ: Hamını salamlayıram. Məndə iki xəbər var. Söhbətimə onlardan başlayacağam. Birinci xəbəri brifinqdən sonra yazılı şəkildə təqdim edəcəyik. O, Azərbaycanda parlament seçkilərinə aiddir. Bu bəyanatda biz ATƏT-in müşahidə missiyasının Azərbaycanda parlament seçkiləri barədə rəyini açıqlayacağıq. Bu il Azərbaycanda seçki prosesində yaxşılaşma hallarına baxmayaraq, xeyli sayda pozuntular və saxtakarlıqlar var. Biz Azərbaycan hökumətinə bu pozuntuları Azərbaycan qanunlarına və seçki qanunvericiliyinə müvafiq surətdə ciddi şəkildə araşdırmağa başlamağı məsləhət görürük. Biz həmçinin nəzərə çatdırmalıyıq ki, bütün etiraz nümayişləri dinc xarakter daşımalı və qanun çərçivəsində keçirilməlidir. Bütün partiyalar zorakılıq törətməkdən çəkinməlidirlər. Bu barədə suallar varmı?

SUAL: Bu deyilənlərin Azərbaycan hökuməti üçün əhəmiyyəti olacaqmı? Məlumdur ki, Siz seçkilərin nəticələrindən narazısınız. Bu halda Azərbaycan hökuməti ilə münasibətləriniz necə inkişaf edəcəkdir?

ADAM ERELİ: Bu çox geniş sualdır. Ölkənin beynəlxalq standartlara və vətəndaş hüquqlarına öz hörmətini ifadə etmək üçün atdığı addımlar bizim üçün çox vacibdir və Azərbaycanla münasibətlərimizə böyük təsir göstərir. Deməliyəm ki, seçki prosesindəki irəliləyişlər göz qabağındadır: seçkilərdə iştiraka olduqca çox namizəd buraxılmışdır, mətbuat seçkiləri geniş işıqlandırmaq imkanına malik idi, əcnəbi müşahidəçilərin səsvermə prosesini izləmək imkanı vardı. Lakin əgər müəyyən ölkə ilə münasibətlər inkişaf edirsə, onda bu münasibətlərin miqyası, genişliyi və dərinliyi siyasi iştirakın miqyasından, insan hüquqlarına və siyasi islahatlara hörmətdən asılıdır.

SUAL: Siz bu asılılıqdan konkret olaraq danışa bilərsinizmi? Sizin fikirləriniz bir qədər mücərrəd fəlsəfi mühakimələri xatırladır.

ADAM ERELİ: Bəli.

SUAL: Ölkədə seçkilər keçirilib və bu seçkilər Sizin azadlıq anlamınıza uyğun gəlmir. Bu, belə ölkə ilə iqtisadi münasibətlər qurmağa, hərbi sahədə və ya neft sahəsində əməkdaşlıq etməyə imkan verirmi?

ADAM ERELİ: Mən Sizinlə tam razı deyiləm. Bizim Azərbaycanla müəyyən münasibətlərimiz var. Biz bu münasibətləri inkişaf etdirmək niyyətindəyik. Biz Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etmək fikrindəyik. Bu, energetika, təhlükəsizlik, terrorizm, iqtisadi, siyasi sahələridir, regional və ikitərəfli əməkdaşlıq məsələləridir. Planlarımız bu ölkədə parlament seçkilərindən asılı olmamalıdır.

Sualınıza cavab olaraq, bu seçkilərin və Azərbaycan hökumətinin atdığı addımların Prezidentin andiçmə mərasimində söylədiyi nitq baxımından gələcəyə nə kimi təsir göstərəcəyini bildirmək istərdim. Demək istəyirəm ki, Amerika digər ölkələrə bizim qəbul etdiyimiz azadlıqlara nail olmağa kömək göstərməkdə maraqlıdır. Bu, hər hansı digər ölkə kimi, Azərbaycan üçün də doğrudur.

SUAL: Beləliklə, əgər düz başa düşdümsə, Siz bundan sonra da irəliləyə bilərsiniz – ABŞ seçkiləri saxtalaşdıran hökumətlə birlikdə qalan bütün məsələlərdə, iqtisadi, siyasi, hərbi və başqa sahələrdə bundan sonra da irəliləyə bilər.

ADAM ERELİ: Mən məsələni belə qoymazdım və onu belə rakursda qəbul edə bilmərəm.

SUAL: Axı, Siz dediniz ki, seçkilər saxtalaşdırılıb. Dediniz ki, saxtakarlıqlar geniş miqyasda olub və başlıca narahatlıq...

ADAM ERELİ: Mən dedim ki, parlament seçkilərində saxtakarlıqlar və ayrı-ayrı saxtakarlıq halları olub. Bu ayrı-ayrı saxtakarlıq halları və daha ciddi pozuntular araşdırılmalıdır. Onlar Azərbaycan qanunlarına və qanunvericilik aktlarına müvafiq surətdə araşdırılmalı və bu, siyasi proseslərdə dinc iştirak edən adamların şikayətlərini ödəməlidir. Demokratiyaya, qanunun aliliyinə və öz vətəndaşlarının hüquqlarının müdafiəsinə sadiq olan hər bir ölkənin üzərinə belə mühüm öhdəlik düşür.

Azərbaycan həmin öhdəlikləri götürərək irəlilədiyinə, pozuntu və saxtakarlıq hallarına reaksiya verdiyinə görə, bu, əlbəttə, münasibətlərimizə təsir göstərir. Əgər indi siz məndən parlament seçkiləri haqqında məlumatlarımızın nəyə əsaslandığını, nəyi etmək və etməmək, hansı əlaqələri kəsmək və kəsməmək barədə düşündüyümüzü soruşursunuzsa, deməliyəm ki, sadəcə olaraq, qapı qoymaq və onlara bu qapıya top vurmaqda kömək etmək olar. Bax, biz belə edirik. Nəyi etməyi və nəyi etməməyi həll etmək onların işidir, biz görməliyik ki, onlar nə edirlər, nə kimi tədbirlər görürlər, biz haraya getdiyimizi qiymətləndirməliyik. Bu mənada, seçkilərdən cəmi bir gün keçib və buna görə də başlanğıc mərhələdə olduğumuz bir vaxtda hansısa xüsusi tədbirlər barədə diskussiyaya girişmək istəmirəm.

SUAL: Belə çıxır ki, Siz pozuntulara yol verilməsinə təəccüblənmisiniz, elə deyilmi?

ADAM ERELİ: Bilirsinizmi, siz, gəlin, əvvəlcə, dediklərimi dinləyin və sözlərimi yadda saxlayın. Bu sözlər aydın deyilir. Mən dedim ki, ciddi pozuntular olub və saxtakarlıqlar haqqında bəyanatlar verilib. Lakin bu ittihamlar ümumən seçki prosesinə aid deyildir. Sərbəst toplaşmaq azadlığına seçkilər ərəfəsində məhdudiyyət qoyulduğu, polis tərəfindən zorakılıq olduğu, müxalifət tərəfdarlarının tutulduğu və yerli hakimiyyət orqanlarının seçki prosesinə qarışdığı barədə ayrı-ayrı bəyanatların araşdırılmasına çağırışlar var. Yəni, narahatlıq doğuran və araşdırılmalı olan ayrı-ayrı hallar və ayrı-ayrı əməllər mövcuddur, odur ki, təhqiqat aparmaq və diqqəti buna cəlb etmək çox vacibdir, ən başlıcası isə, aydınlaşdırmaq lazımdır ki, insanların seçkilərə və onların legitimliyinə inamı varmı. Azərbaycan hökuməti bu məsələlərə diqqət yetirməlidir.

ABŞ ATƏT-in Azərbaycanda parlament seçkiləri ilə bağlı nöqteyi-nəzərini bölüşür. Əlbəttə, ötən seçkilərlə müqayisədə vəziyyət yaxşıdır, lakin kobud pozuntu halları qeydə alınmışdır və bu hallar Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır.

SUAL: Bu pozuntular qəbul edilərsə, hansı tədbirlər görüləcəkdir?

ADAM ERELİ: Əvvəla, hər şey faktlara əsaslanmalı, ikincisi, Azərbaycan qanunvericiliyi çərçivəsində olmalıdır, seçkilərin nəticələri isə xalqın iradəsinə uyğun gəlməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub