ADAU-da “İlkin tibbi yardım” mövzusunda təlim keçirilib
Gəncə, 16 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İlkin tibbi yardım” mövzusunda təlim baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitet əməkdaşları və tələbələri üçün keçirilən təlimdə Gəncə Beynəlxalq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin həkimi Mehriban Qasımova zəruri hallarda ehtiyacı olanlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı məlumat verib.
Həmçinin təlim iştirakçılarına aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı məlumatlar paylaşılıb.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.