Adil Əliyev: Ötən il əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb
Bakı, 25 yanvar, AZƏRTAC
2022-ci il Azərbaycan üçün mütərəqqi hadisələrlə yadda qaldı. Dövlətin əsas prioritet istiqamətlərindən olan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin öz evlərinə qayıtmalarını özündə ehtiva edən Böyük Qayıdış konsepsiyası diqqətdə saxlanıldı. Həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görüldü.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev yanvarın 25-də komitənin yaz sessiyasında keçirilən ilk iclasında deyib.
Adil Əliyev diqqətə çatdırıb ki, 2022-ci il payız sessiyasında Milli Məclisin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib, bir çox qanunlara və məcəllələrə mühüm dəyişikliklər edilib.
Bildirib ki, komitə sədrinin ünvanına 1400-dən çox vətəndaş tərəfindən müraciət daxil olub və bu müraciətlərin böyük əksəriyyəti öz müsbət halını tapıb. Qeyd olunub ki, aztəminatlı ailələrə yardımlar, vətəndaşları narahat edən məsələlər diqqətdə saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]