ADPU-DA YAP İLK TƏŞKİLATININ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ADPU YAP ilk təşkilatının sədri, professor Rafiq Baxşəliyev hesabat məruzəsi ilə çıxış edərək bu nüfuzlu təşkilatın keçdiyi şərəfli yoldan danışmışdır. Qeyd edilmişdir ki, hazırda bu ali təhsil ocağında YAP üzvlərinin sayı 5 min 586 nəfərə çatmışdır, onlardan 4 min 615-i gənclərdir.
Professor Zahid Xəlilov, magistr Raisə Məmmədova və başqaları xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyev siyasi kursunun ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş və eyni zamanda, ilk təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, onun üzvlərinin gündən-günə artdığını diqqətə çatdırmışlar.
Yığıncaqda ilk təşkilatın yeni heyəti və Səbail rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]