“Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
Bakı, 9 mart, AZƏRTAC
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54 kiloqram) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.
Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) isə turniri bürünc medalla başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]