Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY-nin departamentinin müdiri: İnsan resursları praktikalarını tamamilə yenidən qurmağa nail olduq

ADY-nin departamentinin müdiri: İnsan resursları praktikalarını tamamilə yenidən qurmağa nail olduq

Bakı, 11 oktyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) son dövrdə uğurla yekunlaşmış transformasiya proqramı çərçivəsində infrastrukturun modernləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, qatar parkının yenilənməsi və yolların əsaslı təmiri kimi vacib tədbirlər həyata keçirib. Beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini gücləndirən ADY, həmçinin müştərilərə yeni rəqəmsal həllər təklif edərək innovativ yanaşmalar tətbiq edir. Şirkətin qarşısında duran daha geniş strateji hədəflərə nail olmaq və dəmir yolu sahəsində müasir texnologiyalardan səmərəli istifadə etmək üçün peşəkar insan kapitalının formalaşdırılması vacib şərtdir. Bu istiqamətdə ADY-nin insan resursları siyasətinin əsas prioritetləri işçi məmnuniyyətinin artırılması, gənc dəmiryolçuların hazırlanması və onların peşəkar inkişafının dəstəklənməsi üzərində qurulub. Təlim və inkişaf proqramlarının təşkili, səmərəli idarəetmə və motivasiyaedici iş mühiti ADY-nin strateji hədəflərə çatmasında mühüm rol oynayır.

ADY-də insan resursları sahəsində aparılan köklü dəyişikliklər, innovativ yanaşmalar və işçilərin rifahını artırmağa yönəlik strategiyalar barəsində AZƏRTAC-ın suallarını şirkətin İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev ətraflı cavablandırıb.

- Ceyhun müəllim, ilk sualım son dövrdə insan resursları sahəsində görülən işlərlə bağlıdır. ADY-də uğurla icra olunmuş transformasiya proqramı çərçivəsində insan resursları sahəsində hansı əsas dəyişikliklər baş verib?

-İnsan resursları sahəsində transformasiya yalnız daxili idarəetməni təkmilləşdirmək məqsədi daşımır, həm də strateji hədəflərə çatmaq üçün vacib bir addımdır. ADY-də biz bu prosesi başlatmaqla insan resursları praktikalarını tamamilə yenidən qurmağa nail olduq. Biz ənənəvi insan resursları yanaşmalarını geridə qoyaraq daha müasir, innovativ və texnologiyayönümlü həllərə keçid etdik.

İnsan kapitalı bizim ən böyük sərvətimizdir və biz bu kapitalı səmərəli şəkildə idarə etmək üçün rəqəmsal həllərdən geniş istifadə edirik. Rəqəmsal həllər və avtomatlaşdırma sayəsində kadr əməliyyatlarının aparılması, əməkhaqqı hesablanması proseslərindən tutmuş işə qəbul, təlim və inkişaf proseslərinə qədər bütün sahələrdə şəffaflıq və effektivlik təmin olunur. Bu, yalnız işlərin daha sürətli və dəqiq aparılmasına imkan vermir, həm də əməkdaşların inkişafını yaxından izləmək və onların potensialını daha yaxşı qiymətləndirmək imkanı yaradır. Görülən işlər nəticəsində ADY-də insan kapitalının formalaşması, idarə olunması və inkişafı tam şəffaf qaydada həyata keçirilir.

- Maraqlıdır, ADY-nin insan resursları sahəsində rəqabət üstünlükləri nələrdir? İşçi məmnuniyyətini artırmaq üçün hansı tədbirlər görülür?

- Bizim ən böyük rəqabət üstünlüyümüz şübhəsiz ki, təcrübəli və ixtisaslı kadrlarımızdır. ADY olaraq, hər zaman peşəkar kadrlara xüsusi diqqət yetirir və onların inkişafı üçün lazım olan bütün imkanları təmin edirik. Həyata keçirdiyimiz strateji layihələr, beynəlxalq əməkdaşlıqlar və təcrübə mübadilələri rəqabət qabiliyyətimizin daha da artırılmasına imkan verir. Bu layihələr əməkdaşlarımızın peşəkar bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalarla işləməyi öyrənmək və beynəlxalq təcrübələrdən faydalanmaq üçün müstəsna şərait yaradır. Nəticədə ADY-də çalışan əməkdaşlar üçün təkcə peşəkar bacarıqlarını inkişaf etdirmək deyil, həm də Azərbaycanın nəqliyyat sektorunda strateji əhəmiyyət daşıyan layihələrin bir parçası olmaq kimi unikal imkan yaradılır.

Əməkdaşlarımızın peşəkar inkişafına dəstək verməklə yanaşı, biz onların məmnuniyyətini də daim diqqətdə saxlayırıq. Biz yaxşı bilirik ki, işçi məmnuniyyəti olmadan yüksək məhsuldarlıq və uğur əldə etmək çətindir. Eləcə də qurumun fəaliyyətinin müsbət yönümdə işıqlandırılmasında işçilərin rolu birinci dərəcəlidir. Bu baxımdan 2023-cü ilin sonunda apardığımız işçi məmnuniyyəti sorğusuna əsasən, əməkdaşlarımız arasında məmnuniyyət göstəricisi 87 faiz, loyallıq isə 93 faizdir. Bu, bizim üçün olduqca vacib bir göstəricidir, çünki əməkdaşlarımızın işdən razı qalmaları və öz işlərinə bağlı olmaları şirkətimizin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Yüksək işçi məmnuniyyəti yalnız məhsuldarlığın artmasına deyil, həm də şirkət daxilində sağlam iş mühitinin qorunmasına xidmət edir.

ADY-də korporativ idarəetmənin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması və eyni zamanda iş vaxtından səmərəli istifadənin effektiv qurulması məqsədilə dəyişkən iş qrafiki tətbiq edirik. Məqsədimiz həm işçilərlə əmək münasibətlərin tənzimlənməsi sahəsində iş-həyat balansının qorunması və ailə-məişət məsələlərində gərginliyin azaldılmasına təsir etməklə işçilərin motivasiyasını artırmaq, həm də ADY-nin cəlbedici iş yeri kimi işgüzar nüfuz və etimadına müsbət yanaşmanı daha da möhkəmləndirməkdir.

ADY-də əməkdaşların rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan biri də “Lokomotiv” İstirahət Mərkəzinin yenilənərək onların istifadəsinə verilməsidir. Belə ki, əməkdaşlarımızın, o cümlədən onların ailə üzvlərinin rahat istirahəti üçün Nabran qəsəbəsində hər cür şəraitlə təmin olunmuş “Lokomotiv” İstirahət Mərkəzi fəaliyyət göstərməkdədir. Mərkəzdə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının təşkilatçılığı ilə həm yay mövsümü aylarında dəmiryolçu ailələrinin istirahəti təşkil olunur, həm də əməkdaşlar arasında korporativ-mədəni, komanda quruculuğu tədbirləri, idman yarışları keçirilir. Lakin biz bunlarla kifayətlənmək niyyətində deyilik. İşçi məmnuniyyəti sorğusunun nəticələrini diqqətlə təhlil edirik və əməkdaşlarımızın ehtiyaclarına daha yaxşı cavab verə bilmək üçün yeni təşəbbüslər üzərində çalışırıq. Bu analizlər əsasında müəyyən etdiyimiz inkişaf sahələrində ardıcıl olaraq iş aparırıq və bu istiqamətdə fəaliyyət planları hazırlayır və əməkdaşlarımızı nəticələr barədə vaxtaşırı məlumatlandırırıq.

-Şirkət daxilində şəxsi inkişaf proqramları, təlim və inkişafyönümlü layihələr necə təşkil olunur?

- Bizim təlim və inkişaf proqramlarımız tamamilə müasir tələblərə uyğun olaraq təşkil edilir və əməkdaşlarımızın həm texniki, həm də peşəkar bacarıqlarını artırmaq məqsədi daşıyır. Hər il minlərlə əməkdaşımız müxtəlif sahələrdə geniş təlim proqramlarına cəlb edilir. Bu proqramlar yalnız işçilərin mövcud biliklərini təkmilləşdirmək deyil, həm də yeni bacarıqlar əldə etmələrinə şərait yaratmaq üçün hazırlanır.

Qeyd edim ki, təlimlərin böyük bir hissəsi daxili təlimçilərimiz tərəfindən aparılır. Bu təlimçilər, yəni əməkdaşlarımız öz sahələrində yüksək ixtisaslı mütəxəssislərdir və onlar həmkarlarına dəmir yolu sahəsində spesifik bilik və bacarıqları öyrədirlər. Bu, xüsusilə texniki təlimlərdə önəmli rol oynayır, çünki dəmir yolları sektoru öz spesifik bilik və təcrübələrini tələb edən bir sahədir. Məhz buna görə texniki sahədəki təlimlərimizin əksəriyyəti daxili resurslarımız vasitəsilə həyata keçirilir. Bununla yanaşı, biz beynəlxalq əməkdaşlıqlardan da geniş şəkildə faydalanırıq. Dünyanın müxtəlif dəmir yolu təşkilatları ilə əməkdaşlıq çərçivəsində işçilərimizi xarici ölkələrdəki təlimlərə və təcrübə mübadilələrinə göndəririk.

Ən vacib layihələrimizdən biri ADY Təlim və İnkişaf Mərkəzinin yaradılmasıdır. Bu mərkəz əməkdaşlarımızın peşəkar inkişafını daha yüksək səviyyəyə qaldırmaq üçün nəzərdə tutulub. Təlim Mərkəzini Almaniya Dəmir Yolları Akademiyası kimi qabaqcıl dəmir yolu təlim müəssisələrinin təcrübəsindən bəhrələnərək yaradırıq. Mərkəzdə həm texniki, həm də idarəetmə sahələrində geniş təlim proqramları həyata keçiriləcək. Burada əməkdaşlar müasir tədris vasitələri ilə təchiz olunmuş mühitdə, real iş şəraitinə yaxın təlimlər keçəcəklər. Mərkəzin yaradılması ilə yanaşı, biz onlayn təlim platformasını da işə salırıq. Bu platforma əməkdaşlara istənilən yerdən, istənilən vaxt öz biliklərini artırmaq üçün təlim materiallarına çıxış imkanı verəcək. Onlayn platformanın istifadəyə verilməsi ADY-də öyrənmə mədəniyyətini və biliyin idarəolunması prosesini gücləndirmək üçün mühüm bir addımdır. Əməkdaşlarımız burada müxtəlif peşəkar mövzularda təlimlərə qoşula biləcək, həmçinin tədris materiallarını asanlıqla əldə edəcəklər.

Sual yarana bilər ki, bəs regionlarda çalışan əməkdaşlarımızın bu kimi imkanlara çıxışı təmin olunubmu? Təbii ki, biz regionlarda çalışan əməkdaşlarımızı da unutmamışıq. Biz bu istiqamətdə çox maraqlı layihə olan “Təlim qatarı” layihəsini həyata keçirməkdəyik. Bu layihə çərçivəsində ölkənin hər yerində fəaliyyət göstərən əməkdaşlarımız yerindəcə yüksək səviyyəli təlimlər alacaq və biliklərini inkişaf etdirə biləcəklər.

- Ceyhun müəllim, çoxlarımız üçün maraqlıdır ki, bu gün ADY-də işə qəbul prosesinin şəffaflığı necə təmin edilir?

- Bu gün ADY-də işə qəbul prosesi tamamilə şəffaflıq prinsiplərinə əsaslanır və bu, şirkətimizin insan resursları siyasətinin ən vacib elementlərindən biridir. Vakansiyalar ictimaiyyətə açıq şəkildə elan olunur və namizədlər müraciət etmək üçün qurumun korporativ veb və sosial media səhifələrindən hərtərəfli məlumat əldə edə bilirlər.

Şəffaflığın təmin olunmasında rəqəmsal işə qəbul platformamız vacib rol oynayır. İş üçün müraciət edənlər platformamız vasitəsilə ADY-dəki mövcud vakansiyalar barədə məlumat alır, asanlıqla müraciət edir, müraciətlərinin hansı mərhələdə olduğunu izləyə bilir və vakansiyalar üzrə nəticələr barədə məlumatlı olurlar. Bu platformanın inkişafının növbəti mərhələlərində müraciətçilər vakansiyalar üzrə nəticələr barədə platforma üzərindən məlumat əldə edə biləcəklər.

Digər vacib bir göstərici seçim prosesinin obyektivliyidir. Namizədlərin seçimi yalnız insan resursları komandası tərəfindən deyil, həm də vakansiyanın aid olduğu strukturun mütəxəssisləri tərəfindən həyata keçirilir. Bu yanaşma işə qəbul prosesinin hərtərəfli və ədalətli olmasını təmin edir, çünki hər bir namizədin bilik və bacarıqları həm insan resursları baxımından, həm də işin spesifik tələblərinə uyğun olaraq qiymətləndirilir.

Əlavə olaraq, işə qəbul prosesində obyektivliyin tam təmin olunması üçün testlər, peşə imtahanları və müsahibələr təşkil edirik. Test imtahanları ADY-də xüsusi təchiz edilmiş imtahan otaqlarında rəqəmsal daşıyıcılarda həyata keçirilir və namizədlər öz imtahan nəticələri barədə dərhal məlumat əldə edə bilirlər. Bununla yanaşı, işə qəbulun şəffaflığını təmin etmək üçün biz daim geri bildiriş prosesini təkmilləşdiririk. Namizədlərə seçim mərhələlərində göstəricilərinə dair bildiriş göndərilir. Bu onlara işə qəbul prosesinin nəticələri barədə məlumat almaq imkanı verir. Bizim məqsədimiz yalnız doğru namizədləri işə qəbul etmək deyil, eyni zamanda, potensial kadrları gələcəkdə yenidən işə müraciət etməyə təşviq etməkdir. Həmçinin dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində işə qəbul prosesi ilə bağlı müvafiq hesabatlar təqdim edilir. Biz yalnız ən yaxşı namizədləri işə qəbul etmək üçün deyil, eyni zamanda işə qəbul prosesinə inamı gücləndirmək və ADY-nin peşəkar imicini qoruyub saxlamağa çalışırıq.

- Yeri gəlmişkən, yaxşı bir məqama toxundunuz – ADY-nin peşəkar imicinin qoruyub saxlanılması. Hazırda ADY-nin müasir və cəlbedici işəgötürən imicini formalaşdırmaq üçün hansı işləri görürsünüz?

-Qeyd edim ki, ADY-nin işəgötürən kimi müasir və cəlbedici imicinin formalaşmasında bir çox yenilikçi layihələr üzərində çalışırıq. Bu layihələr ADY-nin əmək bazarında üstün mövqeyini təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Məsələn, yay təcrübə proqramımız tələbələr və yeni məzunlar üçün unikal imkanlar yaradır. Bu proqram vasitəsilə biz gənc istedadlara dəmiryol nəqliyyatı sektorunda praktiki təcrübə əldə etmək, öz bilik və bacarıqlarını real iş şəraitində tətbiq etmək və təcrübəli əməkdaşlardan öyrənmək imkanı veririk. Yay təcrübə proqramı gələcəkdə şirkətimizə yeni, potensiallı kadrların cəlb edilməsi üçün mühüm platformadır.

Bundan əlavə, istedadların idaredilməsi istiqamətində həyata keçirdiyimiz “Flaqman” layihəsi ADY-də potensiallı əməkdaşların müəyyən edilməsi və inkişafına yönəlmiş əsas təşəbbüslərimizdən biridir. Hazırda yekunlaşmaq üzrə olan layihə həm gənc istedadlarımıza öz potensiallarını göstərmək, həm də bizə aramızda olan gənc istedadları tanımaq və onların karyeralarını dəstəkləmək, onları daha kritik rollara hazırlamaq imkanı verir. Layihənin sonunda gənc istedadların fərdi inkişaf planlarını dəstəkləmək, onları davamçılar olaraq kritik rollara hazırlamaq və mükafatlandırmaq nəzərdə tutulur. Bu layihə, eyni zamanda, mövcud liderlərimizi daha yaxından tanıyaraq onları növbəti təyinatlara hazırlamaq üçün önəmlidir.

Biz işəgötürən imicimizin geniş ictimaiyyətə çatdırılmasında “ADY Life” kommunikasiya kanalımızdan da aktiv istifadə edirik. “ADY Life” vasitəsilə bütün sosial şəbəkələrdə aktivik və burada şirkətimizin nailiyyətlərini, yeniliklərini və layihələrini geniş kütləyə çatdırırıq. Bu kanal vasitəsilə biz yalnız şirkətimizdəki yenilikləri bölüşmürük, həm də əməkdaşlarımızın uğurlarını, onların təlim və inkişaf yolundakı nailiyyətlərini ictimaiyyətə tanıdırıq. Bu, ADY-nin müasir və şəffaf bir işəgötürən kimi imicinin formalaşmasında mühüm rol oynayır.

-Bildiyimiz kimi dəmiryolçu peşəsi spesifik sahədir. Bu sahədə gənc kadr ehtiyatının hazırlanması istiqamətində nə kimi işlər görürsünüz?

- Vacib məqama diqqət çəkdiniz. Bu gün ADY-nin kadr ehtiyatının formalaşması üçün ölkəmizdə dəmiryolu ixtisasları üzrə peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir. Hər il 1000 nəfərə yaxın tələbənin istehsalat təcrübəsinə cəlb edilməsi və onlara iş imkanlarının təqdim olunması ADY-nin kadr hazırlığı sahəsində önəmli addımlar atdığını göstərir. Təcrübə proqramları gənclərə praktiki bacarıqlar qazandıraraq onların dəmiryolu sahəsində ixtisaslaşmalarına və gələcəkdə müvafiq sahələrdə işlə təmin olunmalarına əlverişli şərait yaradır.

Kadr potensialının inkişafı istiqamətində ADY-nin beynəlxalq təcrübələrə də xüsusi diqqət ayırması sevindirici haldır. Xüsusilə xarici ölkələrdə ixtisaslaşmış universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələrin dəstəklənməsi, onların təhsil və yaşayış xərclərinin qarşılanması ilə yanaşı, məzun olduqdan sonra işlə təmin olunmaları üçün imkanların yaradılması ADY-nin gənc mütəxəssislərə nə qədər dəyər verdiyini göstərir. Bunun bariz nümunəsi kimi bu ilin sentyabrında 12 nəfər tələbənin Rusiyanın Nəqliyyat Universitetinə göndərilməsi və onların gələcəkdə ADY-da işlə təmin olunmalarını göstərmək olar. Bu yanaşma həm dəmiryolu sektorunun inkişafına, həm də ölkədə gənc dəmiryolçu nəslin formalaşmasına təkan vermiş olur.

- “Bottom of Form” - ADY-də gender bərabərliyi və inklüzivlik prinsipləri necə təmin olunur?

-Biz inanırıq ki, iş yerində gender müxtəlifliyinin təşviqi yalnız ədalətli bir iş mühitinin yaradılması üçün deyil, eyni zamanda, şirkətimizin dayanıqlı inkişafı və uğuru üçün vacibdir. Məhz buna görə də bu istiqamətdə atdığımız addımlar uzunmüddətli strateji yanaşmamızın ayrılmaz bir hissəsidir. İlk növbədə texniki sahələrdə qadınların daha geniş təmsil olunmasını fəal şəkildə dəstəkləyirik.

Bu istiqamətdə atdığımız ən böyük addımlardan biri, ADY tarixində ilk dəfə qadın maşinistlərin yetişdirilməsi oldu. Bu, yalnız gender bərabərliyini təşviq etmək üçün simvolik bir addım deyil, həm də qadınların ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi texniki sahələrdə də bacarıqla çalışa biləcəklərinin bariz nümunəsidir. Bu təşəbbüs qadınların peşəkar inkişafı üçün qapıların açılması və onların bu sektorda daha geniş təmsil olunmasına dəstək olmaq məqsədini daşıyır.

Bununla yanaşı, ADY-də qadınların karyera inkişafı üçün xüsusi mentorluq və təlim proqramları təşkil edirik. Bu proqramlar qadın əməkdaşların öz potensiallarını reallaşdırmalarına kömək edir və onlara idarəetmə və liderlik bacarıqları qazanmaq üçün lazım olan resursları təqdim edir.

Eyni zamanda, biz beynəlxalq təcrübələrə də vaxtaşırı üz tuturuq və qlobal standartlara uyğun inklüzivlik təşəbbüslərini fəaliyyətimizdə tətbiq edirik.

- Ceyhun müəllim, bəs insan resursları ilə bağlı gələcəkdə hansı yeniliklər gözlənilir? Uzunmüddətli inkişaf planlarınız nələri hədəfləyir?

-İnsan resursları sahəsində əsas istiqamətimiz texnologiyanın və rəqəmsallaşmanın daha geniş tətbiqidir. Bu, ADY-nin gələcəkdə daha çevik və effektiv fəaliyyət göstərməsi üçün əsas addımlardan biridir. Rəqəmsallaşma sayəsində biz bütün insan resursları proseslərini daha səmərəli şəkildə idarə etməyi planlaşdırırıq. Xidməti fəaliyyətin idarəedilməsi, hesabatlılıq, əməkdaşların mükafatlandırılması hamısı rəqəmsal həllərə inteqrasiya olunacaq. Bu yanaşma, həm prosesi sürətləndirməyə, həm də əməkdaşlarımızın iş şəraitini yaxşılaşdırmağa imkan verəcəkdir. Həmçinin, bu il tətbiqinə başladığımız xidməti fəaliyyətin idarə edilməsi prosesi və xidməti fəaliyyətin qiymətləndirməsi nəticəsində yüksək nəticələrə malik əməkdaşların kritik rollara hazırlığı üçün davamçıların yetişdirilməsi proqramının tətbiq olunması planlaşdırdığımız yeniliklərdəndir.

İnsan kapitalına investisiya ADY-nin əsas strateji prioritetlərindən biridir. Bizim üçün ixtisaslı və peşəkar kadrlar şirkətimizin uzunmüddətli uğurunu təmin edəcək əsas amildir. Bu yeniliklər, həmçinin ADY-nin regional və qlobal səviyyədə güclü mövqeyini təmin etmək üçün dayanıqlı və ixtisaslı insan kapitalı yaratmağa kömək edəcək.

Sonda vurğulamaq istərdim ki, bizim əsas hədəfimiz elə bir peşəkar insan kapitalı yaratmaqdır ki, bu, ADY-yə uzunmüddətli hədəflərinə çatmağa birbaşa dəstək olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir