AFFA-NIN BAŞ KATİBİ GÜRCÜSTANLI HƏMKARI İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov Gürcüstana səfər etmişdir. Azərbaycan və Gürcüstanın 19 yaşlı yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu izləmək məqsədi ilə qonşu ölkəyə getmiş E.Məmmədov səfər çərçivəsində Gürcüstan Futbol Federasiyasının baş katibi Uça Uqalava ilə görüşmüşdür.
Görüşdə hər iki ölkənin müvafiq futbol qurumları arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Gürcütanın müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandandaları arasında mütəmadi olaraq, yoldaşlıq görüşlərinin təşkili müzakirə olunmuşdur.
Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası gürcüstanlı həmyaşıdları ilə avqustun 15-də və 17-də iki yoxlama oyununda gücünü sınayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]