AFFA-nın nümayəndəsi Avropa çempionatının final oyununa təyinat alıb
Bakı, 31 may, AZƏRTAC
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb. AZƏRTAC xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək həlledici qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Zaur Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya, dörddəbir finalda isə Danimarka - Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]