AFFA-nın rəsmiləri “Uembli”də UEFA-nın seminarında iştirak edirlər
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də İngiltərənin paytaxtı Londonda 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatı ilə bağlı UEFA-nın seminarı öz işinə başlayıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, seminar “Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək milli assosiasiyaların və yerli təşkilat komitələri nümayəndələrinin iştirakı ilə “Uembli” stadionunda keçirilir.
Kommunikasiya və təbliğat mövzusunda təşkil olunmuş seminarda AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla iştirak edirlər.
Seminara mayın 3-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]