AFFA “QARABAĞ” FUTBOL KLUBUNUN AĞDAMDA OYNAMASINA MÜSBƏT YANAŞIR
Bakı, 15 aprel (AZƏRTAC). AFFA Azərbaycan Premyer Liqası çərçivəsində “Qarabağ” futbol klubunun ev oyunlarını Ağdamda keçirməsinə müsbət yanaşır.
AFFA-nın baş katibi Elxan Məmmədov demişdir ki, belə bir addım regionlarda futbolun inkişafı və kütləviliyin artırılması baxımından əhəmiyyətlidir. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən stadion Peşəkar Futbol Liqasının tələblərinə uyğun gələrsə, AFFA rəhbərliyi “Qarabağ” klubunun ev oyunlarını həmin stadionda keçirməyi müsbət dəyərləndirir.
Qeyd edək ki, bu yaxınlarda klubun rəhbərliyi Ağdamda çıxış etmək məqsədi ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevə, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]