AFFA rəsmiləri Brüsseldə “Avro-2020”nin loqotipinin təqdimatına qatılıblar
Bakı, 14 dekabr, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə “Avro-2020”yə ev sahibi şəhərlərindən biri kimi loqotipin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak ediblər.
Brüssel şəhərinin meriya binasında təşkil olunan mərasimə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.
Noyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə isə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 2014-cü ildə UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə qitə turnirinin 13 şəhərdə keçirilməsinə qərar verilib.
Belə ki, qrup mərhələsinin 3 oyunu və dörddəbir final mərhələsi görüşlərinə - Sankt-Peterburq, Roma, Münhen və Bakı ev sahibliyi edəcək. Növbəti səkkiz şəhər - Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqoda digər qrup matçları və səkkizdəbir final qarşılaşmaları təşkil ediləcək. Avropa çempionatının yarımfinal və final mərhələsi Londonun “Uembli” stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]