AFR uran istehsalı ilə vidalaşır
Berlin, 2 iyun, AZƏRTAC
Bu həftədən başlayaraq Almaniyada uran hasilatı dayandırılır.
AZƏRTAC dpa informasiya agentliyinə istinadla xəbər verir ki, Gessen federal əyalətindən olan “Vizmut Qmbx” monopolist-şirkəti su və uran oksidi qarışığı olan kimyəvi elementin 19 tonluq son partiyasını hasil edib. Amerikanın “Nyuklea Fyuels” şirkəti artıq 20 ildən çoxdur onun müştərisidir.
Almaniyadan olan istehsalçının fəaliyyətinin dayandırılmasına nəzarət “Avroatom” və MAQATE agentlikləri tərəfindən həyata keçirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]