“Ağ ölümə yox deyək” adlı videoçarx müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Xəzər rayonundakı Gənclər evində narkomaniyanın fəsadlarına dair “Ağ ölümə yox deyək!” adlı videoçarx müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, BŞGİBİ və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müsabiqə iştirakçıları və qaliblər iştirak ediblər.
Müsabiqə qaliblərinin çəkdikləri videoçarxlar 3-5 dəqiqəni əhatə edib.
Qalib iştirakçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.
Nəticələrə əsasən I yerə Nəzrin Abdullayeva, II yerə Elgün Qulamov, Zəhra Əhmədzadə, III yerə Əliəkbər Novruzov layiq görülüblər.