Ağacın aşması ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Xaçmaz, 2 iyun, AZƏRTAC
Quba-Xaçmaz yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində böyük çinar ağacı yolun hərəkət hissəsinə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük diametrli ağacın Yergüc kəndi ərazisində yola aşması ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb ediliblər. Çinar ağacı yolun hərəkət hissəsindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa edilib.
Müxbir - Elxan Yusifli