Aİ “Sumud” donanmasına görə İsrailə qarşı sanksiyalar tətbiq edə bilər
Bakı, 2 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) “Sumud” beynəlxalq donanması ilə bağlı vəziyyətə görə İsrailə qarşı sanksiyalar paketi üzərində işə başlamağı müzakirə edir.
AZƏRTAC xəbər verir ki, “Euractiv” portalı bu barədə Avropa İttifaqı Şurasının iyunun 18–19-da keçiriləcək sammitinə dair layihə sənədinə istinadla məlumat yayıb. Məlumata görə, sənəddə beynəlxalq sularda donanmaya hücum zamanı saxlanılan şəxslərə qarşı kobud rəftar pislənilir. Eyni zamanda, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirləri insan hüquqları pozuntularında rol oynayan İsrail rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirə bilər.
Sanksiyaların qəbul edilməsi üçün Avropa İttifaqı ölkələrin yekdil razılığı tələb olunur, lakin bəzi üzv dövlətlər bu təşəbbüsə qarşı çıxır. Qərarın gələcək sammit çərçivəsində müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, “Sumud” aksiyası aprel ayında start götürüb. Onun məqsədi Qəzza sektorunun dəniz blokadasını yarmaq və daimi humanitar dəniz dəhlizi yaratmaqdır. Mayın 18-də İsrail ordusu sahildən yüzlərlə kilometr uzaqda, beynəlxalq sularda donanmanın gəmilərinə hücum edərək aksiyada iştirak edən fəalları saxlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]