Bakı Enerji Forumu çərçivəsində IRENA və CECECO arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Enerji Forumu çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu IRENA-nın baş direktoru Françesko La Kamera və CECECO-nun icraçı direktoru Aysel Yaqubova imzalayıblar.
Sənəd tərəflər arasında təmiz enerji və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq üçün çərçivə yaradır. Memoranduma əsasən, tərəflər enerji keçidi məqsədlərinə uyğun enerji infrastrukturunun gücləndirilməsi, yaşıl sənayeləşmənin təşviqi, potensialın artırılması proqramlarının hazırlanması və həyata keçirilməsi, eləcə də bərpaolunan enerji sahəsində siyasət, institusional və tənzimləyici çərçivələr üzrə bilik və təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
Memorandum, həmçinin təmiz enerji, yaşıl sənaye və enerji bağlantıları sahələrində birgə tədqiqatların və regional qiymətləndirmələrin hazırlanmasını, investisiyaların və maliyyə imkanlarının təşviqini, eləcə də qarşılıqlı maraq doğuran tədbirlərin birgə təşkilini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [15:45]
ADSEA-nın dekarbonizasiyası üzrə Yol xəritəsi hazırlanıb
- 02.06.2026 [15:06]