® “Expressbank”dan sahibkarlar üçün yeni məhsul
Sahibkarların etibarlı maliyyə tərəfdaşı “Expressbank” biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə mikrokredit məhsulunu təqdim edir.
Yeni məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə imkanı yaradır. Qızıl təminatı ilə mikrokredit məhsulu sahibkarların 50 min manatadək vəsait əldə edə bilməsini təmin edir.
Kredit 36 ayadək müddətə təqdim olunur və müştərilər üçün 3 aya qədər güzəşt müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış əldə edə bilirlər.
FİFD: min. 24,07 faiz - maks. 41,6 faiz
Komissiya: 1,5 faiz – 2 faiz
Məbləğ: 500 – 50 min manat
Güzəşt müddəti: 3 ayadək
İllik faiz: min. 23 faiz - maks. 29 faiz
Qeyd edək ki, “Expressbank” 16 filialı ilə fəaliyyət göstərir. Qızıl təminatı ilə mikrokredit və digər xidmətlər ilə bağlı Bankın sizə ən yaxın filialından, www.expressbank.az saytından, 132 Məlumat mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.
Təcili kredit üçün bura keçid edin!