Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Enerji Həftəsi” Azərbaycanın inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur ŞƏRH

“Bakı Enerji Həftəsi” Azərbaycanın inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

“Bakı Enerji Həftəsi”nin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildən artıq dövrdə keçdiyi inkişaf yolunun, həyata keçirdiyi enerji strategiyasının və beynəlxalq müstəvidə qazandığı nüfuzun aydın mənzərəsini ortaya qoyur. Bu gün Azərbaycan yalnız enerji ehtiyatlarına malik ölkə kimi deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, ölkəmizin enerji siyasətinin əsasında milli maraqlar, qarşılıqlı faydalı əməkdaşlıq və uzunmüddətli strateji yanaşma dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı enerji layihələrinin təşəbbüskarı və iştirakçısına çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, bu gün əldə olunan nailiyyətlərin miqyası daha aydın görünür. Vaxtilə iqtisadi çətinliklər şəraitində yaşayan Azərbaycan bu gün regionun ən güclü iqtisadiyyatlarından birinə sahibdir. Enerji sektorundan əldə olunan gəlirlərin düzgün idarə olunması nəticəsində mühüm infrastruktur layihələri həyata keçirilib, sosial rifah yüksəlib, ölkənin maliyyə dayanıqlığı təmin olunub.

“Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də enerji resurslarının dövlətlərin inkişafı üçün bir vasitə olması ilə bağlı idi. Həqiqətən də əsas məsələ təbii sərvətlərin mövcudluğu deyil, həmin resurslardan əldə olunan gəlirlərin necə idarə olunmasıdır. Azərbaycan bu sahədə nümunəvi model formalaşdıraraq enerji gəlirlərini təhsil, səhiyyə, sosial infrastruktur, müdafiə qabiliyyəti və iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərinə yönəldib.

Bu gün ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol xüsusilə diqqətəlayiqdir. Avropanın enerji təchizatında Azərbaycanın payı ildən-ilə artır. Cənub Qaz Dəhlizi və digər strateji layihələr sayəsində Azərbaycan qazı artıq geniş coğrafiyanı əhatə edən bazarlara çatdırılır. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Dünyada enerji təhlükəsizliyi məsələlərinin aktuallığının artdığı bir dövrdə Azərbaycanın rolu daha da əhəmiyyətli xarakter alır”, - deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Onun sözlərinə görə, digər mühüm məqam ölkəmizin enerji siyasətində yaşıl enerji istiqamətinə verilən önəmdir. Azərbaycan artıq ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Günəş, külək və hidroenerji potensialının inkişaf etdirilməsi gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir. Bu, həm ekoloji məsuliyyətin nümayişi, həm də enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərə xidmət etmir. Bu siyasət, eyni zamanda, ölkənin siyasi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq nüfuzunun artırılmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Məhz enerji layihələri sayəsində Azərbaycan müxtəlif ölkələri birləşdirən mühüm əməkdaşlıq platformasının mərkəzində yer alır.

"Bakı Enerji Həftəsi"ndə verilən mesajlar Azərbaycanın gələcək inkişaf prioritetlərini də aydın şəkildə ortaya qoydu. Ölkəmiz həm ənənəvi enerji resurslarının səmərəli istifadəsini davam etdirəcək, həm də yaşıl enerji sahəsində yeni imkanlar yaradaraq qlobal enerji keçidinə öz töhfəsini verəcək. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirəcək və ölkəmizin dayanıqlı inkişafına xidmət edəcək”, - deyə Əlibala Məhərrəmzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” kosmosdan yükləri çatdıracaq “Starfall” kapsulunun sınaqlarına icazə alıb

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı uzadılıb

Cənubi afrikalı futbolçu “Sabah”a keçir

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 11 iyun tarixli 20-4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv işi sahəsinə aid olan qulluqçu Vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Şəkidə taxıl biçininə 131 kombayn cəlb ediləcək

NATO Avropanın şərq cinahında hərbi mövcudluğunu artırmağı planlaşdırır

Yüzillik ideyanın XXI əsr reallığı: Bakı Türkoloji Qurultayından ortaq türk əlifbasına

SOCAR: Zəngəzur dəhlizi regionun enerji və nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edəcək

AzTU Azərbaycanın ilk süni intellektəsaslı təcrübə portalını təqdim edib

Türkoloji tədqiqatların fundamental nəşrlərə çevrilməsi strateji vəzifə kimi müəyyənləşdirilib

Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

Azərbaycan Avrasiyanın enerji geosiyasətində mühüm aktorlardan biridir ŞƏRH

“Dostluq karvanı”: Azərbaycanlı sənətçilər Türkiyənin “Ulusal TV” kanalının qonağı olublar

Azərbaycan-ABŞ münasibətləri son illərdə qlobal proseslərin mühüm komponentinə çevrilib ŞƏRH

“Bakı Enerji Həftəsi” Azərbaycanın inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur ŞƏRH

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçdən

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

Laşa Abaşodze: Bakı-Tbilisi-Qars Azərbaycan və Gürcüstanın tranzit rolunu daha da artıracaq

Şəhid və qazi övladları Şamaxı Astrofizika Rəsədxanasının qonağı olublar

Laçın şəhər 2 nömrəli məktəbin muzeyi respublika müsabiqəsində qalib olub

Orxan Hüseynov: Yeni texnologiyaların tətbiqi zamanı risklər nəzərə alınmalıdır

“Bahar Energy Operating”: Yeni texnologiyaların tətbiqində insan amili əsas rola malikdir

Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti bizə regionda yük daşımaları üçün əlavə imkanlar verən strateji layihədir

“Kahı” yükü adı ilə külli miqdarda narkotik vasitələrin Azərbaycandan tranzit olunmasının qarşısı alınıb

Azərbaycan təmsilçisi futzal üzrə Çempionlar Liqasına əsas mərhələdən başlayacaq

“Liverpul”un yeni baş məşqçisi məlum olub

Prezidentin "Baku Energy Forum"unda səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsindəki uğurlarını və yeni hədəfləri əks etdirir – ŞƏRH

® “Expressbank”dan sahibkarlar üçün yeni məhsul

Türkiyədə iyulun 15-dək PKK terrorçuları ilə bağlı problemin aradan qaldırılması üzrə qanun layihəsinə baxılacaq

® “AccessBank” və “Neurotime”dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası”

Ankarada Qars və Qərbi Azərbaycanın geyim ənənələri müzakirə ediləcək

“ExxonMobil”: Birgə fəaliyyətimiz Azərbaycanla ABŞ arasında etibarlı enerji tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edir

Nəriman Şahsuvar: Bərpaolunan energetika ehtiyat mənbələrdən bütün tələbatı etibarlı şəkildə təmin edə bilməz VİDEO

Nəriman Şahsuvar: Bərpaolunan energetika ehtiyat mənbələrdən bütün tələbatı etibarlı şəkildə təmin edə bilməz VİDEO

“Qarabağ”ın yay hazırlıq planı bəlli olub

Rövşən Rüstəmov: BTQ dəmir yolu ənənəvi nəqliyyat bağlantısından Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib

Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 1,1 milyard dollar olub

Ədliyyə Nazirliyi: Məhkəmə-mühasibat və tikinti-texniki ekspertizalarına tələbat daha da artıb

Bu ilin 4 ayında “Azərkosmos” 8,7 milyon dollarlıq telekommunikasiya xidmətləri ixrac edib

BCG: Azərbaycanda enerji səmərəliliyi hesabına ildə 1 milyard kubmetr qaza qənaət etmək olar

Kaleb Orr: ABŞ Azərbaycanın qlobal enerji bazarındakı roluna böyük hörmətlə yanaşır

“TotalEnergies”: “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq

® Artıq iri plitələr qopmayacaq!

“Abşeron” yatağından hasil olunacaq qaz Türkiyə və Azərbaycan bazarına yönəldiləcək

Azərbaycanlı opera müğənnisi Vyana Dövlət Operasında tarixi uğura imza atıb

Bakı Enerji Həftəsi beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verir

Qərbi Azərbaycana qayıdışın hüquqi və tarixi aspektləri beynəlxalq diskursda

Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində 13 nəfər həlak olub, 100-dən çox yaralı var

Qazaxıstanda sərnişinlər qatarların hərəkətini onlayn izləyə bilərlər

“Sabah” Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Lənkəranda avtomobil 58 yaşlı qadını vurub, vəziyyəti ağırdır

“Şamaxı” Azər Bağırovla 3 illik müqavilə imzalayıb

“SOCAR Upstream”: Yeni texnologiyaların tətbiqi üçün ilk növbədə data mərkəzlərin yaradılması lazımdır

Ölü dəniz ildə bir metr su itirir və çökəkliklər əmələ gətirir

Sabah hava əsasən yağmursuz olacaq

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Avstraliya ABŞ-dən yalnız istifadədə olan nüvə sualtı qayıqlarını alacaq

“Bakı Enerji Həftəsi” enerji sektorunda qazanılan uğurların təqdimatıdır - ŞƏRH

“SOCAR Green”: Enerji səmərəliliyi üzrə təşəbbüslərin genişləndirilməsi Azərbaycanın enerji keçidinə töhfə verəcək

“Neftçi” futzal klubunun baş məşqçisi: Komandada qalsam, heyətdə dəyişiklik edəcəyəm

Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib

OPEC+ iyul ayından etibarən neft hasilatını gündə 188 min barel artıra bilər

Türkiyədə enerji səmərəliliyi layihələrinə yatırılan investisiyaların artırılması hədəflənir VİDEO

Türkiyədə enerji səmərəliliyi layihələrinə yatırılan investisiyaların artırılması hədəflənir VİDEO

Məktəblilər arasında “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb

SOCAR-ın vitse-prezidenti: AÇG təkcə neft layihəsi deyil, çoxşaxəli enerji platformasıdır

SOCAR: Resursların olması öz-özlüyündə miqyaslı energetika layihələrinin reallaşdırılmasına təminat vermir

Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın dəyişməyən strateji rolu - ŞƏRH

Siyasi şərhçi: Enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir

Dağıstanın “Ləzginka” rəqs ansamblı Bakıda konsert proqramı ilə çıxış edib

Son illər Bakı Enerji Forumunun gündəliyində yaşıl enerji məsələləri mühüm yer tutur ŞƏRH

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Qırğızıstanda vəhşi heyvanlar üçün reabilitasiya mərkəzi yaradılır

SOCAR-ın vitse-prezidenti: “Abşeron” yatağı Azərbaycan üçün strateji əhəmiyyətə malik iri qaz-kondensat layihəsidir

Vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüşdə DİN-in cinayətkarlıqla mübarizə sahəsində gördüyü işlər diqqətə çatdırılıb

WUF13 Bakını qlobal inkişaf ideyalarının formalaşdığı mərkəz kimi təqdim etdi ŞƏRH

“Qəbələ” daha iki futbolçu ilə vidalaşıb

Aydın Mirzəzadə: Azərbaycan bu gün beynəlxalq diplomatiya paytaxtlarından birinə çevrilib

Elnur Soltanov: Enerji səmərəliliyinin artırılması üçün maliyyə mexanizmlərinin formalaşdırılması vacibdir VİDEO

Elnur Soltanov: Enerji səmərəliliyinin artırılması üçün maliyyə mexanizmlərinin formalaşdırılması vacibdir VİDEO

Nazir müavini: Enerji səmərəliliyi sahəsində özəl sektorun iştirakı vacibdir VİDEO

Nazir müavini: Enerji səmərəliliyi sahəsində özəl sektorun iştirakı vacibdir VİDEO

Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib

Ombudsman Aparatı əmanətlərin sığortalanması sistemi ilə bağlı qanunvericilik dəyişiklikləri təklif edib

Fransada keçiriləcək sərgidə İsrailin istehsalı olan hücum xarakterli silahların nümayişi qadağan edilib

İndoneziyanın Riau əyalətində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

Bu saata olan əsas xəbərlər

“Azıx mağarası” tammetrajlı sənədli filmi tezliklə nümayiş olunacaq

Azərbaycanlı dizayner “International Design Awards” mükafatına layiq görülüb

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Hindistan viza qaydalarını sərtləşdirib

Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub

Səudiyyə Ərəbistanı ABŞ-dəki azarkeşlərinə Dünya Çempionatı oyunlarına pulsuz biletlər verəcək

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

DÇ-2026: Torontoda dəyəri 2,5 milyon dollar olan saxta idman məhsulları müsadirə edilib

Aqrar sahədə modernləşmə: Dövlət Proqramı Naxçıvan üçün də yeni perspektivlər açır

İrina Lobojevski: Azərbaycandakı tərəfdaşlarla əlaqələrimizi genişləndirməyə çalışırıq

“Dövlət uçotuna alınacaq su istifadəçilərinin Siyahısı”nın və “Su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq məqsədilə (yerüstü və yeraltı sular bölmələri üzrə) formalar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Kollegiyasının QƏRARI

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Danimarkanın Baş naziri dörd partiyadan ibarət yeni hökumət qurub