Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 11 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkotik asılılığının törətdiyi fəsadlardan, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb.
Narkomaniyaya qarşı aparılan mübarizə üsulları iştirakçıların diqqətinə çatdırılıb. Sonda maraq doğuran suallar cavablandırılıb, narkotik asılılığının fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib.