AĞCABƏDİDƏ ÖTƏNİLKİNDƏN 34 MİN 655 TON ÇOX TAXIL İSTEHSAL OLUNMUŞDUR
Ağcabədi, 16 avqust (AZƏRTAC). Ağcabədi rayonunda taxıl biçini başa çatmışdır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, cari ildə 2008-ci illə müqayisədə 14 min 381 hektar çox - 27 min 383 hektar taxıl yetişdirilmişdir. Taxıl sahələrinin 25 min 384 hektarı buğda, 1999 hektarı arpa olmuşdur. Aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirən torpaq mülkiyyətçiləri bu il 84 min 712,4 ton məhsul istehsal etmişlər ki, bu da 2008-ci ilin göstəricisindən 34 min 655,4 ton çoxdur. İstehsal olunmuş taxılın 80 min 190,8 tonu buğda, 4521,6 tonu arpadır. Hər hektarın məhsuldarlığı 30,9 sentner təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]