AĞDAM RAYONU ƏRAZİSİNDƏ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN YENİ QƏSƏBƏLƏR SALINACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov, Prezident İlham Əliyevin qaçqın və məçburi köçkünlərin problemlərinə daim diqqətlə yanaşdığını söyləmiş, Dövlət Neft Fondunun vəsaitləri hesabına Ağdam rayonu ərazisində salınacaq 9 yeni qəsəbədə 3764 məcburi köçkün ailəsinin yerləşdiriləcəyini vurğulamışdır.
Müşavirədə çıxış edənlər yeni salınacaq hər bir qəsəbədə 13 məktəb, 6 uşaq bağçası, 9 səhiyyə obyekti, 7 rabitə evi, 8 hamam, 4 icma mərkəzi və s. tikilməsinin planlaşdırıldığını nəzərə çatdırdılar. Qeyd edildi ki, gələcəkdə 36 dükan, çörəkxana, 4 bazar, 10 iaşə obyekti tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Qəsəbələrin su və işıq məsələlərinin də artıq öz həllini tapdığını diqqətə çatdıran natiqlər, artezian quyularının qazılacağını və əhalinin əkin sahələrinin də su ilə təmin olunacağını söylədilər. Elektrik təchizatı ilə əlaqədar yeni yarımstansiyalar qurulması üçün “Bayva” şirkəti ilə danışıqlar aparıldığı və tilkiləcək sosial-mədəni obyektlərin, yaşayış evlərinin üstünlükləri qeyd edildi.
Sonra komissiya üzvləri müzakirələrə başladılar.