Ağdam rayonunda 294 hektar sahədə təkrar əkin aparılıb
Ağdam, 8 sentyabr, AZƏRTAC
Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentyabrın 1-dək cari ilin payızlıq əkinləri üçün 12 min 143 hektar sahədə şum qaldırılıb, 294 hektarda təkrar əkin işləri aparılıb. Təkrar əkinlərin 120,5 hektarı yaşıl yem üçün qarğıdalı, 3 hektarı kələm, 8 hektarı xiyar, 16 hektarı pomidor, 92 hektarı sorqo (süpürgə), 54,5 hektarı darıdır.
Rayonda payızlıq dənlilərin səpilməsi üçün hazırlıq işləri də həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:56]
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]