Ağdam Sənaye Parkında led lampaların istehsalı müəssisəsi yaradılır
Bakı, 16 avqust, AZƏRTAC
“Ledline” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən sənaye parkının 1 hektar ərazisində led lampaların istehsalı müəssisəsi inşa ediləcək.
Müəssisədə Çin və Türkiyə texnologiyası əsasında 3 növdə led lampalar istehsal olunacaq. İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]