Ağdamda mina partlayıb, iki nəfər xəsarət alıb

Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [17:25]
Bu gün Bakının 550 küçəsi yuyulub
- 14.06.2025 [17:24]
DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
- 14.06.2025 [17:17]
Azərbaycan diasporunun Hallein şəhərində mühüm görüşü baş tutub
- 14.06.2025 [16:23]
Qaradağ rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 14.06.2025 [15:35]
AZAL bir sıra aviareysləri ləğv edib
- 14.06.2025 [15:30]
Binə qəsəbəsində narkotacir saxlanılıb
- 14.06.2025 [15:29]